Ermənistanlı əsgərlər daha Qarabağda xidmət etməyəcək - Qərar

15:25 09.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistandan olan hərbi çağırışçılar daha Qarabağda xidmət etməyəcəklər.

Hafta.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2021-ci ilin qış çağırışından etibarən onlar yalnız Ermənistan ərazisindəki hərbi hissələrdə qulluq edəcəklər.

Belə ki, əsgərləri hərbi hissələrə paylayan ənənəvi püşkatma mərasimində Dağlıq Qarabağda yerləşən hərbi hissələrin adı yoxdur.